Naftalanda sanatoriya sürücüsü iş yoldaşını güllələyib - YENİLƏNİB

Naftalanda sanatoriya sürücüsü iş yoldaşını güllələyib - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
28 Mart , 2018 16:45
Naftalanda sanatoriya sürücüsü iş yoldaşını güllələyib - YENİLƏNİB

Naftalan. 28 mart. REPORT.AZ/ Naftalan şəhərində baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə "Sehrli Naftalan" sanatoriyasında baş verib.

Belə ki, sanatoriyada qeydiyyatçı vəzifəsində çalışan G.İsayeva ilə həmin sanatoriyada sürücü vəzifəsində çalışan Hüseynov Əli Hüseyn oğlu arasında müştəri üstündə mübahisə yaranıb. Mübahisə zəminində Ə.Hüseynov ov tüfəngi ilə qadını qarın nahiyəsindən güllələyərək yaralayıb. Hadisəni törədən şəxs saxlanılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***16:35

Naftalan. 28 mart. REPORT.AZ/ Naftalan şəhərində güllələnən qadının adı məlum olub. 

"Report"un Qərb bürosu xəbər verir ki, rayon sakini 1987-ci il təvəllüdlü Günay Gəray qızı İsayeva güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirlir.

Hadisənin hansı şəraitdə baş verdiyi  məlum deyil.

Son xəbərlər

Orphus sistemi