Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.
Hadisə
16 Oktyabr , 2019 11:42
Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 15-də saat 21 radələrində Naftalan şəhərinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulub.

Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Naftalan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılıb.

Naftalan ŞPŞ tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi