Naftalanda mehmanxanaların birində ölüm hadisəsi olub

Naftalanda mehmanxanaların birində ölüm hadisəsi olub Naftalan şəhərində yerləşən otellərin birində müştəri otağında dünyasını dəyişib.
Hadisə
3 Fevral , 2023 08:29
Naftalanda mehmanxanaların birində ölüm hadisəsi olub

Naftalan şəhərində yerləşən mehmanxanaların birində müştəri otağında dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, mehmanxana otağında dünyasını dəyişən 1951-ci il təvəllüdlü C.Əliyevdir.

Bir neçə gündür sanatoriyada olan C.Əliyevin qəflətən halı pisləşib və ilkin ehtimala görə ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi