Bakı. 1 oktyabr. REPORT.AZ/ Naftalan rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Naftalan şəhər Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də rayon ərazisindəki evlərin birindən 3500 manat, 200 ABŞ dolları və 120 lari, habelə 11 110 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Səbuhi Səmədov və Ruslan Əsgərov saxlanılıblar.