Naftalanda əcnəbiyə qarşı dələduzluq edən şəxs saxlanılıb

Naftalanda əcnəbiyə qarşı dələduzluq edən şəxs saxlanılıb Naftalanda əcnəbi şəxsə qarşı dələduzluq edən şəxs saxlanılıb.
Hadisə
19 fevral 2024 05:43
Naftalanda əcnəbiyə qarşı dələduzluq edən şəxs saxlanılıb

Naftalanda əcnəbi şəxsə qarşı dələduzluq edən şəxs saxlanılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, Naftalan Şəhər Polis Şöbəsinə müraciət edən Rusiya Federasiyasının vətəndaşı K.Qafurova fevral ayının 12-də onu Bakı şəhərindən Naftalan şəhərində yerləşən sanatoriyaya gətirən şəxsə 100.000 rus rublu məbləğində nağd pulu (1820AZN) valyuta mübadiləsi etməsi üçün verdiyini, lakin sonuncunun pulu geri qaytarmadığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qafurovanın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Rövşən Bağıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi