Yuxarı
    Bağlamaq

    Naftalanda bir ailənin 6 üzvü zəhərlənib - FOTO

    Hadisə kombidən evə qaz sızması nəticəsində baş verib

    Naftalan. 3 dekabr. REPORT.AZ/ Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

    "Report"un Qərb bürosu xəbər verir ki, hadisə gecə saatlarında kombi sistemində yaranan nasazlıqdan zirzəmiyə qazın dolması nəticəsində baş verib.

    Hadisə nəticəsində 56 yaşlı Ümidvar Bədəlov, 48 yaşlı İlhamə İsgəndərova, 22 yaşlı Aytən Bədəlova, 25 yaşlı Lalə, onun həmyaşıdı Elşən və 23 yaşlı Elçin Məmmədzadələrin səhhətində narahatlıq yaranıb. Zərərçəkənlər dərhal Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ailə üzvlərinə ilkin tibbi yardım göstərilib.

    Xəstəxananın həkimi Şubay Hacıyevin "Report"a verdiyi məlumata görə, hazırda Qaşaltı sakinlərinin səhhəti normaldır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi