Naftalanda avtomobilin üzərinə ağac aşıb, yolda hərəkət dayanıb - FOTO

Naftalanda avtomobilin üzərinə ağac aşıb, yolda hərəkət dayanıb - FOTO Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini xoşbəxtlikdən heç bir xəsarət almayıb
Hadisə
17 Noyabr , 2016 18:30
Naftalanda avtomobilin üzərinə ağac aşıb, yolda hərəkət dayanıb - FOTO

Naftalan. 17 noyabr. REPORT.AZ/ Naftalan rayonunda güclü külək fəsadlar törədib. 

"Report"un məlumatına görə, nəticədə iri gövdəli şam ağacı kökündən çıxaraq yolda hərəkətdə olan Sədrəddin Cavadovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb. Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini xoşbəxtlikdən heç bir xəsarət almayıb. Ancaq "VAZ-2106"nın dam örtüyü əzilib, şüşələri sınıb. 

Qocaman ağac adiyyəti qurumlar tərəfindən ərazidən götürüldükdən sonra yolda avtomobillərin hərəkəti tam bərpa edilib.

Son xəbərlər

Orphus sistemi