Naftalanda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Naftalanda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var Naftalanda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə
14 İyul , 2020 00:13
Naftalanda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Naftalanda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb.

Qaşaltı yolunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfərin öldüyü, 4 nəfərin - 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin, 1997-ci il təvəllüdlü Həsənəliyeva Dusiya Adil qızının, 1996-cı il təvəllüdlü Dadaşov Camal Bayram oğlunun və 1997-ci il təvəllüdlü Elçin Aslanovun xəsarət aldığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi