Naftalan sanatoriyasında silahlı insident nəticəsində yaralanan qadın ölüb

Naftalan sanatoriyasında silahlı insident nəticəsində yaralanan qadın ölüb Hadisə müəssisənin sürücü və qeydiyyatçısı arasında mübahisə zəminində baş verib
Hadisə
28 mart 2018 17:35
Naftalan sanatoriyasında silahlı insident nəticəsində yaralanan qadın ölüb

Naftalan. 28 mart. REPORT.AZ/ Naftalan şəhərində yerləşən sanatoriyada iş yoldaşı tərəfindən güllə yarası alan qadın yerləşdirildiyi xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında güllə yarası alan 1987-ci il təvəllüdlü Naftalan şəhər sakini İsayeva Günay Gəray qızı Goranboy Rayon Mərkəzi Xəstəxanasında həkimlərin göstərdiyi səylərə baxmayaraq, dünyasını dəyişib.

"Sehirli Naftalan" sanatoriyasında qeydiyyatçı işləyən G.İsayeva həmin müəssisənin Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan 1956-cı il təvəllüdlü sürücüsü Hüseynov Əli Hüseyn oğlu tərəfindən tüfənglə vurulub. Buna qadının sürücüyə müştəri verməməsi nəticəsində yaranmış mübahisə səbəb olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi