Naftalan sakinlərindən narkotik götürüldü

Naftalan sakinlərindən narkotik götürüldü Faktla bağlı araşdırmalar davam etdilir
Hadisə
28 Mart , 2021 11:46
Naftalan sakinlərindən narkotik götürüldü

Naftalan rayon sakinlərində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq ŞPŞ-yə gətirilib.

Onların üzərində şəxsi axtarış keçirilən zaman P.Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R.Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdilir.

Son xəbərlər

Orphus sistemi