Yuxarı

Nabranda qətl törətməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Həmin şəxslərdən biri məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Rüstəmov 17 il müddətinə azadlıqdan məhrum edilib. R.Abbaslıya isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı Hüseyn Rüstəmov və Ramin Abbaslı Nabranda tələbə yoldaşları ilə birgə istirahətdə olarkən taksi sürücüsü olan Famil Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb taksi sürücüsünün onlardan əlavə pul tələb etməsi olub. Nəticədə həmin şəxslər F.Məmmədovu qətlə yetiriblər. Hadisədən sonra R.Abbaslı və H.Rüstəmov saxlanılıb. H.Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və R.Abbaslı isə 221-ci (xuliqanlıq) maddəsi ittiham edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi