Nabranda itkin düşmüş 3 yaşlı uşaq tapılıb - YENİLƏNİB

Nabranda itkin düşmüş 3 yaşlı uşaq tapılıb - YENİLƏNİB Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə
204
23 İyul , 2018 15:38
Nabranda itkin düşmüş 3 yaşlı uşaq tapılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.


*** 13:19

Bakı. 23 iyul. REPORT.AZ/ İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

FHN-dən "Report"a bildirilib ki, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə nazirliyin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi