Nəsimidə yol qəzası baş verib
Hadisə
24 Sentyabr , 2014
10:26


Bakı. 24 sentyabr. REPORT.AZ/ Ötən gecə Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Nəsimi Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, qəza Cavadxan küçəsi ilə Hüseyn Seyidzadə küçələrinin kəsişməsində 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidə qeydə alınıb. H.Seyidzadə küçəsi ilə hərəkət edən 99 GL 290 dövlət nömrə nişanli "Mercedes" markalı avtomobil Cavadxan küçəsi ilə gedən 90 UM 726 nömrəli "Opel"lə toqquşub. Qəza nəticəsində "Opel"də olan sürücü və bir sərnişin xəsarət alıb. Yaralılar 1 Saylı Şəhər Klinik xəstəxanasına çatdırılıblar. Hadisə yerində Nəsimi RPİ-nin əməkdaşları araşdırma aparıb. Məlum olub ki, qəza "Opel" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib. Araşdırmalar davam etdirilir.
İngilis versiyası
Traffic accident occurres in Nasimi
Rus versiyası
В Насиминском районе произошло ДТП
Son xəbərlər
