Nəsimi rayonunda naməlum kişi meyiti tapılıb
Hadisə
4 Sentyabr , 2014
13:10


Bakı. 4 sentyabr REPORT.AZ/ Bakının Nəsimi rayonunda naməlum kişi meyiti tapılıb. Nəsimi rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Həsən Seyidzadə küçəsində üzərində zorakılıq əlaməti olmayan 65-70 yaşlı kişi meyiti aşkar edilib. Hadisə yerində araşdırma aparılıb və prokurorluq orqanlarının əməkdaşları meyitə baxış keçirən zaman onun üzərindən şəxsiyyətini təsdiq edən sənəd tapılmayıb. İlkin məlumata görə mərhum ürək tutmasından vəfat edib. Nəsimi RPİ əməkdaşları ölən kişinin şəxsiyyətini müəyyən etmək istiqamətində axtarışlarını davam etdirir.
Rus versiyası
В Насиминском районе найден труп мужчины
İngilis versiyası
Unknown man body found in Nasimi district
Son xəbərlər
