Yuxarı

Nərimanov rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

Fəhlənin başına düşən dəmir parçası onun həyatına son qoyub

Bakı. 8 sentyabr.REPORT.AZ/ Bakının Nərimanov rayonunda fəhlə tikintidə işlədiyi vaxt bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Report-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Təbriz küçəsində yeni tikilməkdə olan binada qeydə alınıb.

Hadisə zamanı orada işləyən Ağdam rayon sakini Ruslan Həsənovun başına dəmir parçası düşüb.

Fəhlə aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokuroroluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi