Müvəqqəti saxlama yerlərinin 8 əməkdaşı daxili işlər orqanlarından xaric edilib

Müvəqqəti saxlama yerlərinin 8 əməkdaşı daxili işlər orqanlarından xaric edilib Bundan başqa, 2 nəfər tutduğu vəzifədən azad olunub, 67 əməkdaş barəsində digər intizam tədbirləri görülüb
Hadisə
26 Fevral , 2015 19:58
Müvəqqəti saxlama yerlərinin 8 əməkdaşı daxili işlər orqanlarından xaric edilib

Bakı. 26 fevral. REPORT.AZ/ "2014-cü ildə müvəkkilin fəaliyyəti dövründə onun ünvanına 13 150 müraciət daxil olub. Onların 74,2 faizi şikayətlərdən, 25,8 faizi isə ərizələrdən ibarətdir". "Report" xəbər verir ki, bu barədə insan hüquqları üzrə müvəkkilin (ombudsman) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında hazırladığı 2014-cü il üzrə illik məruzəsində bildirilir.

Hesabatda qeyd olunur ki, şikayətlərin 49 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların da 56,8%-i təmin olunub.

Məruzədə o da bildirilir ki, ötən il şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 70 müraciət daxil olub ki, onların da sayı ötən illərə nisbətən xeyli azalıb. Bununla belə müvafiq sahədə hələ də bəzi çatışmazlıqlar qalır.

Rəsmi məlumata əsasən, bir sıra səbəblərdən şəxsiyyət vəsiqəsini təqdim etməyən hamilə qadınlar barədə məlumat müvafiq elektron bazaya daxil edilmədiyi üçün onların körpələrinə doğum haqqında tibbi şəhadətnamə verilməyib. Doğum şöbələri tərəfindən belə qadınlar barədə müvafiq polis orqanlarına məlumatlar verilməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb.

Müvəqqəti saxlama yerlərinə baxışlar zamanı bir sıra nöqsanlar aşkar edilib və bununla bağlı aidiyyəti qurumlara müraciət edilib. Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, tutulma, həbs edilmə, müvəqqəti saxlama yerində insan hüquqlarının pozulması halları qeydə alınmayıb, bununla belə, xidməti vəzifələrin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərinin 77 əməkdaşı intizam qaydasında cəzalandırılıb. Onlardan da 8-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 2-si tutduğu vəzifədən azad olunub, 67 əməkdaş barəsində digər intizam tədbirləri görülüb. 

Son xəbərlər

Orphus sistemi