Yuxarı

Müştərinin depozit hesablarından yarım milyon manat pul çıxaran filial direktorunun cəzası azaldılıb

​Müştərinin depozit hesablarından yarım milyon manat pul çıxaran filia

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Fikrət Xəlifəlinin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Xəlifəlinin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, F.Xəlifəli 2002-2012-ci illər arasında “Amrahbank” ASC-nin “Lənkəran” filialının direktoru vəzifəsində işləyərkən bankın əmanətçisi - şəhər sakini R.Həsənovanın depozit hesablarından 500 min manat məbləğində pul çıxarıb. O, həmin pulları filialın xəzinəsindən nağd olaraq götürüb, özünün şəxsi ehtiyaclarına sərf edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Xəlifəli 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun cəzasını 9 ilə endirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi