Müştərilərə qəlyan xidməti göstərən “playstation” aşkarlanıb

Müştərilərə qəlyan xidməti göstərən “playstation” aşkarlanıb Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Hadisə
1378
18 Sentyabr , 2021 09:28
Müştərilərə qəlyan xidməti göstərən “playstation” aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi