Mustafa Hacılının məhkəməsində zərərçəkmiş dindirilib

Mustafa Hacılının məhkəməsində zərərçəkmiş dindirilib Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacılının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
5 Fevral , 2019 13:42
Mustafa Hacılının məhkəməsində zərərçəkmiş dindirilib

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacılının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Arzuxanım Məmmədova ifadə verib.

O, "Bastainfo.com" saytında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı (SES) qəza nəticəsində ölkənin işıqsız qalması haqqında iki məqaləni oxuyub, təşviş, həyəcan keçirdiyini bildirib.

A.Məmmədova söyləyib ki, həmin vaxt axşam bulvarda gəzən zaman yazıları saytda oxuyub və əsəbiləşib.

Prokurorluqda bir dəfə ifadə verdiyini deyən A.Məmmədova məhkəməni inandırmaq üçün iki övladının canına da and içib.

Məhkəmədə elan olunub ki, şahid prokurorluqda bir neçə dəfə ifadə verib və bu, cinayət işi materiallarında da qeyd edilib.

Zərərçəkmiş prokurorluqda təzyiqlərə məruz qalmadığını söyləyib,

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.

Qeyd edək ki, M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədov barəsində də eyni maddələrlə ittiham irəli sürülüb. Onun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır. 

Son xəbərlər

Orphus sistemi