Yuxarı

MÜSİAD-in rəhbəri: "Azərbaycan iqtisadiyyatına xarici investorları cəlb etmək üçün əlimizdən gələni edirik"

Bakıda qarşıya qoyduğumuz məqsədə nail olmuşuq
© Report

Tbilisi. 22 aprel. REPORT.AZ/ “Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Bakıda öz şöbəsini açarkən qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycan və Türkiyə iş adamları olaraq dünyanı fəth edəcəyik. Güclü dövlət xadimlərinin yanında güclü iş adamları olacağıq. Bu gün Azərbaycan və Türkiyənin iş adamları birgə layihələr həyata keçirir, sərmayələr yatırır, dünya bazarında ticarət aparırıq. Bu bizim uğurumuzdur”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri MÜSİAD-in rəhbəri Abdurrahman Kaan MÜSİAD-in Gürcüstan şöbəsinin açılışnda sıyləyib.

MÜSİAD-in Azərbaycanda görəcəyi işlərə toxunan A.Kaan deyib:

“Azərbaycan Prezidenti İlham Əliyev ölkədə turizm və kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması ilə bağlı iş adamları qarşısında konkret tapşırıqlar qoyub. Biz də qardaş ölkənin iqtisadi inkişafı, turizm potensialının artırılması və dünya bazarına maneəsiz çıxışına yardım etmək, eləcə də Azərbaycan iqtisadiyyatına xarici investorları cəlb etmək üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik”.

Məlumat üçün qeyd edək ki, aprelin 22-də Tbilisidə MÜSİAD-ın Gürcüstan şöbəsinin açılışı olub. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə bildirilib ki, MÜSİAD-in dünyanın 73 ölkəsində 196 şöbəsi fəaliyyət göstərir. Gürcüstan şöbəsinin açılması təkcə tük iş adamları deyil, eyni zamanda Gürcüstan iş adamları üçün də geniş imkanlar yaradacaq.

Bu şöbə Azərbaycan, Türkiyə və Gürcüstan iş adamlarının möhkəm birliyini yaradacaq, hər üç ölkənin iqtisadi inkişafına, dünya bazarlarına sərbəst çıxışına köməklik göstərəcək.

Cənubi Qafqazda iqtisadiyyatın inkişafına, investisiya imkanlarının artırılmasına və ticarət dövriyyəsinin genişlənməsinə zəmin yaradacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi