Yuxarı
    Bağlamaq

    ​“Müsəlman birliyi hərəkatı”nın sədr müavininin barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti veriləcək

    Elçin Qasımov 30 gün müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 7 noyabr. REPORT.AZ/ “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsindəki hökmdən apellyasiya şikayəti veriləcək.

    Bu barədə “Report”a onun vəkili Cavad Cavadov bildirib.

    Vəkil bildirib ki, apellyasiya şikayəti noyabrın 10-da Bakı Apellyasiya Məhkəməsinə təqdim ediləcək.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə Bakı şəhər sakini Elçin Qasımov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi