Bakı. 14 aprel. REPORT.AZ/ Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un xəbərinə görə, paytaxtın, Azadlıq prospekti ilə hərəkətdə olan Sadıqbəyli Vasif Niyaz oğluna məxsus "Seat" markalı "90-NS-368" dövlət qeydiyyat nişanlı avtomobil "Hundai" markalı "90-RD-541" dövlət qeydiyyat nişanlı maşınla toqquşub.
Məlum olub ki, hadisə "Seat"ın işıqforun gözləmə - sarı işığında keçərək "Hundai"ya dəyməsi nəticəsində baş verib. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Sadıqbəyli Vasif Niyaz oğlu Müsavat Partiyasının Məclis üzvüdür.



