Müsavat Partiyası Gənclər Təşkilatının sədrinin şikayəti əsasında məhkəmə başlayıb

Müsavat Partiyası Gənclər Təşkilatının sədrinin şikayəti əsasında məhkəmə başlayıb Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqlı və əmisi oğlu Asif Sadıqlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
19 Aprel , 2019 10:54
Müsavat Partiyası Gənclər Təşkilatının sədrinin şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqlı və əmisi oğlu Asif Sadıqlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkməmənin növbəti iclası aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, Ə.Sadıqlı 2018-ci ilin noyabrında həbs edilib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayaraq ondan istifadə etmək ittihamı verilib.

İttihama əsasən, Ə.Sadıqlı yol polisinə "Nikoyl Bank"ının krediti ilə aldığı "Niva” markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.Sadıqlı barəsində seçilmiş həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən - A.Sadıqlı və "Nikoyl” bankın əməkdaşı olmuş Kamran Abbasovun barəsində də eyni cəza tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi