Musa Tükənovun məhkəməsi başlayıb

Musa Tükənovun məhkəməsi başlayıb Məhkəmənin baxışı yanvarın 17-nə təyin edilib
Hadisə
10 Yanvar , 2018 11:02
Musa Tükənovun məhkəməsi başlayıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə iclasının hazırlıq iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra M.Tükanovun vəkili vəsatət qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmənin baxışı yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, M.Tükənov 2 nəfər əlil şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verdiyi şikayət əsasında həbs edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Tükənovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. O, həmin ittihamları qəbul etmədiyini deyib.

Son xəbərlər

Orphus sistemi