Yuxarı
    Bağlamaq

    Murad Dadaşovun filminin geyimləri oğurlanıb

    Polis fakt üzrə araşdırma aparır

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, tanınmış teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad Dadaşov oğurluqla üzləşib.

    “Report”un xəbərinə görə, polisə müraciət edən M.Dadaşov bildirib ki, Bakı şəhəri, Səbail rayonu, İçərişəhər ərazisində layihə rəhbəri olduğu filmin çəkilişləri zamanı aktyorların istifadə etdikləri paltarlar və milli geyimlər naməlum şəraitdə oğurlanıb.

    Polis fakt üzrə araşdırma aparır.

    Məsələ ilə bağlı M.Dadaşovun özündən münasibət öyrənmək mümkün olmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi