Müğənni Təranə Qumral: "Məhkəmə qərarını icra etməyəcəyəm"

Müğənni Təranə Qumral: "Məhkəmə qərarını icra etməyəcəyəm" Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib
Hadisə
3 İyul , 2018 13:22
Müğənni Təranə Qumral: Məhkəmə qərarını icra etməyəcəyəm
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə "Report"a Nazənin Salayevanın vəkili Ceyun Yusifov məlumat verib.

Onun sözlərinə görə, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı təzələnib.

Vəkil C.Yusifov vəsatət verərək icra məmurunun məhkəmədə dindirilməsini istəyib.

Həmçinin o, vəsatətində bildirib ki, T.Qumral bütün sosial şəbəkələrdə, həmçinin yaxın ətrafına məhkəmə qərarını tanımadığını deyib.

Müğənni prokurorun suallarına cavabında da söyləyib ki, məhkəmənin verdiyi qərarı icra etməyəcək: "Məkəmənin yanlış qərar çıxardığını düşünürəm. Ona görə də icra etmirəm".

Məhkəmənin növbəti iclası iyulun 12-nə təyin edilib.

Qeyd edək ki, müğənni T.Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək T.Qumrala “Səni ərimlə tutdum” deyib. T.Qumral isə öz növbəsində, N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib və məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibəti olduğunu sübut edib.

Məhkəmənin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi