Müğənni ​Səidə Sultanın prodüseri qətlə yetirilib - FOTO

Müğənni ​Səidə Sultanın prodüseri qətlə yetirilib - FOTO Hadisəni törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb
Hadisə
8 May , 2015 15:32
Müğənni ​Səidə Sultanın prodüseri qətlə yetirilib - FOTO

Bakı. 8 may. REPORT.AZ/ Bakıda dəhşətli qətl hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı Polis Bölməsi (PB) və rayon prokurorluğuna məlumat verilib. 26-cı PB əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü “isti izlərlə” açmaq mümkün olub. Belə ki, cinayəti törətməkdə şübhəli bilinən Səbail rayon sakinləri Yusif Cavanşir oğlu Mirzəyev, Sahib Telman oğlu Həsənov və Fərid Çingiz oğlu Şahbazov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir. Hadisənin təfərrüatları istintaq araşdırmalarından sonra məlum olacaq.

Qeyd edək ki, qətlə yetirilən H.Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.

Müğənni Səidə Sultan “Report”a açıqlamasında Hamlet Cahangirovun 2014-cü ilin iyun ayından bu ilin mart ayına qədər onun prodüseri işlədiyini bildirib: “İki ay əvvəl özü prodüserlikdən çıxdı. Sonra mənə zəng vurub dedi ki, yenə işləmək istəyirəm. Mən də dedim artıq başqa adamla işləyirəm. Lakin bu günlərdə konsertlə bağlı görüşəcəkdim, belə hadisə baş verdi...”

Son xəbərlər

Orphus sistemi