“Muğan Bank”ın Müşahidə Şurasının sədri bankdakı payını artırıb

“Muğan Bank”ın Müşahidə Şurasının sədri bankdakı payını artırıb “Muğan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib.
Maliyyə
1 İyun , 2020 18:00
“Muğan Bank”ın Müşahidə Şurasının sədri bankdakı payını artırıb

“Muğan Bank”ın səhmdarlarının pay bölgüsü dəyişib. 

“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, dəyişiklik “Muğan Bank” ASC-nin nizamnamə kapitalının 7,9% və yaxud 7,5 milyon manat artırılaraq 95 milyon manatdan 102,5 milyon manata çatdırılması çərçivəsində baş tutub. Kapital artımından sonra Bankın Müşahidə Şurasının sədri Elmir Mehdiyev payını 63,5%-dən 66,17%-ə çatdırıb. Əvəzində digər 3 səhmdar – Maqbet Mehdiyevin payı 13,1%-dən 12,14%-ə, Vəfa Vəliyevanın payı 12,05%-dən 11,17%-ə, Fəridə Mehdiyevanın payı isə 11,35%-dən 10,52%-ə düşüb.

Xatırladaq ki, "Muğan Bank" 1992-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi