Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktorunun kassasiya şikayəti təmin edilməyib

Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktorunun kassasiya şikayəti təmin edilməyib Ali Məhkəmədə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysovun hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
17 May , 2019 09:11
Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktorunun kassasiya şikayəti təmin edilməyib
Report

Ali Məhkəmədə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysovun hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Veysovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İ.Veysov 2014-cü ildə həbs olunub. O, saxta sənədlər əsasında filiala müsabiqədən kənar 36 şəxsin qəbul edilməsində, onlara saxta tələbə biletlərinin və müvəffəqiyyət kitabçalarının verilməsində, habelə imtahan sessiyalarında iştirak etmədən qiymətlərin yazılmasında, yekunda saxta diplomların verilməsində və digər qanunsuz xidmətlərdə ittiham olunub. Həmin şəxslədən ümumilikdə 239 min 970 manat məbləğində pul almaqda təqsirli bilinən İ.Veysovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Veysov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, İ.Veysovun payladığı diplomların saxta olduğu üzə çıxdıqdan sonra tələbə və valideynlər onun Qazaxın Daş Salahlı kəndindəki evini yandırıblar.

Son xəbərlər

Orphus sistemi