Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru Ali Məhkəməyə müraciət edib

Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru Ali Məhkəməyə müraciət edib Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysov kassasiya şikayəti verib.
Hadisə
27 Fevral , 2019 10:07
Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru Ali Məhkəməyə müraciət edib
Report

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysov kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən keçmiş direktor barəsində yüngül cəza hökmünün çıxarılmasını istəyir.

İş hakim Hafiz Nəsibovun icraatına verilib.

Şikayətə aprelin 10-da baxılacaq.

Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İ.Veysov 2014-cü ildə həbs olunub. O, saxta sənədlər əsasında filiala müsabiqədən kənar 36 şəxsin qəbul edilməsində, onlara saxta tələbə biletlərinin və müvəffəqiyyət kitabçalarının verilməsində, habelə imtahan sessiyalarında iştirak etmədən qiymətlərin yazılmasında, yekunda saxta diplomların verilməsində və digər qanunsuz xidmətlərdə ittiham olunub. Həmin şəxslədən ümumilikdə 239 min 970 manat məbləğində pul almaqda təqsirli bilinən İ.Veysovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Veysov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, İ.Veysovun payladığı diplomların saxta olduğu üzə çıxdıqdan sonra tələbə və valideynlər onun Qazaxın Daş Salahlı kəndindəki evini yandırıblar.

Son xəbərlər

Orphus sistemi