Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb

Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb Bakı. 29 yanvar. REPORT.AZ/ Ağdaşda karate müəllimini qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İbadovun barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Hadisə
3068
29 Yanvar , 2019 17:56
Ağdaşda karate müəllimini qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Ağdaşda karate müəllimini qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İbadovun barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il avqustun 9-da Ağdaş rayonu ərazisindəki qəbiristanlıqda H.İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib. Daha sonra o, könüllü olaraq polisə gedib və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini təhvil verib.

Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən H.İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Məlum olub ki, H.İbadov və N.İsmayılov arasında münaqişə pul üstündə yaşanıb. 2017-ci ilin martında H.İbadov həmyerlisinə 500 manat borc pul verib. N.İsmayılov isə borcu qaytarmayıb. Nəticədə o, N.İsmayılovu öldürüb.

Xatırladaq ki, N.İsmayılov karate üzrə müəllim və məşqçi olub.

Son xəbərlər

Orphus sistemi