Müdafiə Sənayesi Nazirliyi: "Yanğın “Radizavod"un yardımçı təsərrüfat sahəsində baş verib"

Müdafiə Sənayesi Nazirliyi: "Yanğın “Radizavod"un yardımçı təsərrüfat sahəsində baş verib" Bakı. 6 fevral. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Hadisə
6 Fevral , 2018 23:01
Müdafiə Sənayesi Nazirliyi: Yanğın “Radizavodun yardımçı təsərrüfat sahəsində baş verib
Report

Bakı. 6 fevral. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

“Report” qurumun saytına istinadən xəbər verir ki, məlumatda zavodun 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində yanğın baş verdiyi qeyd olunur:

"Bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib".

Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb. O da qeyd olunur ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi