MTN-in tutduğu şəxslər məhkəmə hökmündən narazı qalıb

MTN-in tutduğu şəxslər məhkəmə hökmündən narazı qalıb Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə noyabrın 26-da baxılacaq
Hadisə
23 Noyabr , 2015 17:07
MTN-in tutduğu şəxslər məhkəmə hökmündən narazı qalıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda internetlə qanunsuz olaraq bankların hesablarına girərək pul mənimsəməkdə təqsirləndirilən Fərid Şövqi oğlu Hadiyev, Yaşar Bayram oğlu Ələkbərov, Nair İlişayeviç İfraimov və Rinat İliç Aqarunov barələrindəki hökmdən apellyasiya şikayəti verib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə noyabrın 26-da baxılacaq.

Qeyd edək ki, 2014-cü ildə Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkar edilib. Azərbaycan vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar.

Bu ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsində F.Hadıyev 10 il, Y.Ələkbərov və R.Aqarunov 9 il 6 ay, N.İbrahimov 6 il 6 ay, F.Bayramov və N.İfrahimov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi