"Report"un xəbərinə görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən qapalı prosesdə Sübahir Qurbanovun kassasiya şikayətini geri götürdüyü elan edilib.
Digər məhkum Natiq Alıyevlə bağlı icraat isə davam edəcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Sübahir Qurbanov 14 il, Natiq Alıyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Bakı Apelyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib.
Adıçəkilən məhkumlar və onlarla birlikdə təqsirli bilinən digər şəxslər bir neçə dəfə kassasiya şikayəti versələr də, sonradan şikayətlərini geri götürüblər.