MTN əməkdaşlarına hansı maddələrlə cinayət işi açıldığı məlum olub - EKSKLÜZİV

MTN əməkdaşlarına hansı maddələrlə cinayət işi açıldığı məlum olub - EKSKLÜZİV Onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib
Hadisə
609
19 Oktyabr , 2015 21:52
MTN əməkdaşlarına hansı maddələrlə cinayət işi açıldığı məlum olub - EKSKLÜZİV

Onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Report”un əldə etdiyi məlumata görə, onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil. “Report” onlardan üç nəfərinin adını əldə edib. Bunlar Fərhad Atayev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Mürvətova və polkovnik Füzuli Ələsgərzadədir.

Son xəbərlər

Orphus sistemi