Yuxarı

MSN ​Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması ilə bağlı rəsmi məlumat yayıb

“Dövlət Komissiyası öz işini davam etdirir”

Bakı. 2 avqust. REPORT.AZ/ İyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir.

Bu barədə “Report”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb.

Hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir.

“Bütün bunlara baxmayaraq, bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır.

Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək”, - nazirlikdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi