MSK sədrinin müavini seçki məntəqələrində veb-kameraların sayının artırılmasını təklif edib

MSK sədrinin müavini seçki məntəqələrində veb-kameraların sayının artırılmasını təklif edib "Beynəlxalq təşkilatların müşahidə missiyası da ölkəyə gəlməyə bilər. Öz ölkələrində veb-kameralar vasitəsilə izləyə bilərlər"
Hadisə
15 Aprel , 2018 13:03
MSK sədrinin müavini seçki məntəqələrində veb-kameraların sayının artırılmasını təklif edib

Bakı. 15 aprel. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov seçki məntəqələrində veb-kameraların sayının artırılmasını təklif edib.

"Report"un xəbərinə görə, MSK-nın bu gün keçirilən iclasında Natiq Məmmədov deyib ki, səsvermə günü seçki məntəqələrində müşahidə kameralarının sayı artırılmalıdır.

O bildirib ki, bu, əlavə xərclərin də qarşısını alacaq: "Beynəlxalq təşkilatların müşahidə missiyası da ölkəyə gəlməyə bilər. Öz ölkələrində veb-kameralar vasitəsilə izləyə bilərlər".

O, bəzi beynəlxalq təşkilatların müşahidə missiyalarının prezident seçkiləri ilə bağlı mövqeyinin qərəzli olduğunu bildirib: "Deyirlər, seçkidə saxtakarlıq olub. Bunu nəyə əsasən deyirlər? Hansı namizədin hüququ tapdanıb?".

Son xəbərlər

Orphus sistemi