Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda 4 ay əvvəl şirkətlərdən birinə məxsus motosikleti qaçırmış şəxslər tutulub. Bu barədə “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də “Zəfəran” MMC-yə məxsus “Zontes” markalı motosikleti qaçırmış Bakı şəhər sakinləri Səbuhi Məlikov və Rüfət Salmanov tutulublar.
Faktla bağlı araşdırma aparılır.