Moskvadan Bakıya uçan təyyarə Volqoqradda məcburi eniş edib

Moskvadan Bakıya uçan təyyarə Volqoqradda məcburi eniş edib Bu reyslə Bakıya gələn sərnişinin yüksək təzyiq səbəbindən səhhəti pisləşib
Hadisə
30 Dekabr , 2017 17:52
Moskvadan Bakıya uçan təyyarə Volqoqradda məcburi eniş edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Moskvadan Bakıya uçan “Aeroflot” şirkətinə məxsus "Boeing-737" təyyarəsi Volqoqradda (Rusiya) məcburi eniş etməli olub.

“Report” “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

Uçuş həyata keçirilərkən ağciyər xərçəngindən əziyyət çəkən sərnişinin yüksək təzyiq səbəbindən səhhəti pisləşib. Buna görə də təyyarə məcburi eniş etməli olub. Təyyarə Moskva vaxtı ilə saat 12:48-də Volqoqrad aeroportuna enib. Təcili tibbi yardım heyəti sərnişinə ilkin tibbi yardım göstərib və xəstəxanaya aparılıb. Təyyarə artıq Volqoqraddan Bakıya istiqamət alıb. Təyyarənin yaxın bir saat ərzində Bakıya çatacağı gözlənilir.

İlkin olaraq təyyarənin yerli vaxtla 14:55-də Bakıya çatması gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi