Yuxarı

​Moskvadan Bakıya qanunsuz siqaret və qara kürü gətirən şəxs saxlanılıb

Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır

Bakı. 25 may. REPORT.AZ/ Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əmirov Yadigar Rafail oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq “X-ray” intereskop rentgen aparatından keçirilməsi tələb olunub.

"Report" Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir ki, saxlanılan şəxsin əl yükü rentgen aparatından keçirilən zaman monitorda tütün məmulatlarının təsvirləri əks olunduğundan o, müvafiq qanunvericiliyə uyğun olaraq 1 ədəd əl yükü və 2 ədəd baqajının yoxlanılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı Y.Əmirova məxsus əl yükü və baqajlarından gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 5 adda 470 ədəd müxtəlif xarici markalı siqaretlər və kustar üsulla hazırlanan 3 kq qara kürü aşkar edilib.

Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi