Yuxarı

​Moskvada selfi çəkən gənc qız körpüdən yıxılaraq həlak olub

Qız dostları ilə şəkil çəkdirən zaman müvazinətini itirərək körpüdən yerə yıxılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Gənc qız Moskva-Siti Beynəlxalq kompleksi qarşısında dostları ilə şəkil çəkdirən zaman müvazinətini itirərək körpüdən yerə yıxılıb.

"Report" TAAS-a istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə şənbə gününə keçən gecə Testovskaya küçəsi və Moskvanın Üçüncü dairəvi yolun kəsişməsindəki estakadada baş verib.

İlkin məlumatlara görə, qız dostları ilə selfi çəkdirən zaman müvazinətini itirərək körpüdən yerə yıxılıb. Aldığı xəsarətlərdən o, hadisə yerində dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi