Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qətl törətməkdə təqsirləndirilən İxtiyar Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxuyub.
Məhkəmənin hökmü ilə İ.Rüstəmov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Rüstəmov 2004-cü ildə Rusiyanın paytaxtı Moskva şəhərində Sergey Zasev Aleksandroviçi qətlə yetirməkdə təqsirli bilinir. Onun qətl törətməsinə səbəb kimi əmisi qızı Leyla Quliyevanın Sergeylə dostluq etməsi göstərilir. Bu dostluq münasibətindən qısqanan İ.Rüstəmov Sergeyi öldürüb. Hadisədən sonra o, Azərbaycana qaçıb. İ.Rüstəmov bu il may ayının 12-də həbs edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.