Moskvada qadını qaçırmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar

Moskvada qadını qaçırmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar Bakı. 22 noyabr. REPORT.AZ/ Moskvada ruhi xəstə olan bir qadını qaçırmaqda şübhəli bilinən iki nəfər Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.
Hadisə
22 Noyabr , 2018 13:58
Moskvada qadını qaçırmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar
iStockPhoto
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Moskvada ruhi xəstə olan bir qadını qaçırmaqda şübhəli bilinən iki nəfər Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, 2015-ci ilin yayında 1952-ci il təvəllüdlü bir qadın ona məxsus daşınmaz əmlakı ələ keçirmək məqsədi ilə naməlum şəxslər tərəfindən qaçırılmışdı. Bundan üç ay sonra qadın vəfat etmişdi. Saxlanılanlar mərhumun adından bütün əmlakının onlardan birinin adına keçirilməsi barədə saxta vərəsəliyi notarusa təqdim etmişdilər. 

Rusiya hüquq mühafizə orqanları tərəfindən adam qaçırmaq, dələduzluq, cinayətə təşəbbüs maddələrilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi