Yuxarı

​Moskvada polis qətldə şübhəli bilinən azərbaycanlını saxlayıb

Şübhəli şəxsin adı açıqlanmır

Bakı. 29 may. REPORT.AZ/ Moskva Cinayət Axtarış İdarəsinin əməliyyatçıları paytaxtın cənubunda polisin təqibindən sonra onu qətlə yetirməkdə şübhəli bilinən 25 yaşlı gənci saxlayıblar.

"Report" xəbər verir ki, bu barədə "İnterfax"a açıqlamasında İstintaq Komitəsinin Moskva üzrə İdarəsinin əməkdaşı Yuliya İvanova məlumat verib.

Saxlanılan şəxsə qarşı "adam öldürmə" maddəsi üzrə ittiham irəli sürülməsi planlaşdırılır. Saxlanılan şəxsin adı açıqlanmır. Lakin ötən gün hadisə ilə bağlı 1990-cı il təvəllüdlü azərbaycanlı Rəşidov Nemət İlham oğlu axtarışa verilmişdi.

Qeyd edək ki, mayın 27-də Moskva polisi içərisində ehtimal edilən cinayətkarın olduğu "Qazel"i təqib etməyə başlayıb. Maşını saxlayan zaman kişi polisə hücum edib və ona üç bıçaq zərbəsi endirib. O, daha sonra meşəyə qaçıb. 22 yaşlı polis əməkdaşı aldığı bıçaq yaralarından hadisə yerində keçinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi