Bakı. 10 mart. REPORT.AZ/ Rusiyanın Azərbaycan əsilli repçisi "Bahh Tee"nin (əsl adı Bəxtiyar Əliyev) Moskvanın Veyernaya küçəsində yerləşən mənzili qarət olunub.
“Report” xəbər verir ki, bu barədə bazar günü hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.
"Oğurluq martın 9-u günorta saatlarında baş verib. Mənzildən 4,2 milyon rubl (60 min 638 dollar) oğurlanıb", - deyə agentliyin həmsöhbəti bildirib.
Paytaxt polisindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 158-ci maddəsinin 4-cü bəndi üzrə cinayət işi açılıb.