Moskvada iki azərbaycanlını vuran taksi sürücüsünə hökm oxunub

Moskvada iki azərbaycanlını vuran taksi sürücüsünə hökm oxunub Bakı. 12 oktyabr. REPORT.AZ/ Moskvanın Tver rayon məhkəməsi Rusiya paytaxtının mərkəzində səkidə dayanmış piyadaları, o cümlədən iki Azərbaycan vətəndaşını vuran Qırğızıstandan olan taksi sürücüsü Çınqız Anarbek oğlu barəsində hökm çıxarıb.
Hadisə
12 Oktyabr , 2018 10:58
Moskvada iki azərbaycanlını vuran taksi sürücüsünə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Moskvanın Tver rayon məhkəməsi Rusiya paytaxtının mərkəzində səkidə dayanmış piyadaları, o cümlədən iki Azərbaycan vətəndaşını vuran Qırğızıstandan olan taksi sürücüsü Çınqız Anarbek oğlu barəsində hökm çıxarıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, 1,5 il müddətinə məcburi işə cəlb olunacaq.

Məhkəmə taksi sürücüsünün təqsirini etiraf etməsi və xəsarət alanlardan, onların yaxınlarından üzr istəməsindən sonra belə hökm çıxarıb. Onun məcburi işindəki qazancının 15% dövlət büdcəsinə köçürüləcək. Eyni zamanda, Çınqız Anarbek oğluna 3 il müddətinə avtomobil idarə etmək qadağası qoyulub.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva Şəhər Baş İdarəsinin məlumatında taksi sürücüsünün bu il iyunun 16-da İlyinka küçəsində idarəetməni itirərək piyadaları vurduğu, 7 nəfərin xəsarət aldığı göstərilib. Yaralananlar arasında iki Azərbaycan, iki Meksika, iki Rusiya və bir Ukrayna vətəndaşı olub. 

Son xəbərlər

Orphus sistemi