Moskvada evakuator vasitəsilə avtomobil oğurlamaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb

Moskvada evakuator vasitəsilə avtomobil oğurlamaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb Hadisə ilə bağlı oğurluq işi üzrə cinayət işi açılıb.
Hadisə
3 Avqust , 2016 17:57
Moskvada evakuator vasitəsilə avtomobil oğurlamaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb

Bakı. 3 avqust. REPORT.AZ/ Moskvada evakuator vasitəsilə xarici markalı avtomobil oğurlamaqda şübhəli bilinən 37 yaşlı azərbaycanlı saxlanılıb.

"Report" "Moskva" şəhər xəbərləri agentliyinə istinadən xəbər verir ki, Çeçenistandan olan vətəndaş Moskva polisinə müraciət edərək dəyəri təqribən 1 milyon rubl olan "Mercedes" markalı avtomobilini qorunmayan dayanacaqdan oğurlamağa çalışan naməlum şəxsin məsuliyyətə cəlb olunmasını xahiş edib.

Elə həmin gün polis əməkdaşları hadisə yerində 37 yaşlı işsiz azərbaycanlını saxlayıb.

Mənbənin bildirdiyinə görə, azərbaycanlı Sivaşkaya küçəsi ev 11-in qarşısına evakuator çağırıb və sürücünü avtomobilin özünə məxsus olmasına inandırıb. Amma əməliyyatçılar cinayətin izinə düşüb.

Faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi