Moskvada azərbaycanlının qətlində şübhəli bilinən çeçen həbs olunub

Moskvada azərbaycanlının qətlində şübhəli bilinən çeçen həbs olunub O və cinayət ortaqları 2007-ci ilin mayında Moskvada minalanmış avtomobili partladaraq Kadırovu öldürmək istəyiblər
Hadisə
125
22 Fevral , 2019 01:47
Moskvada azərbaycanlının qətlində şübhəli bilinən çeçen həbs olunub

Bakı. 22 fevral. REPORT.AZ/ Moskvanın Kuzminski rayon məhkəməsi azərbaycanlı taksi sürücüsünün qətlində şübhəli bilinən Çeçen mənşəli Lors Xamiyevi iki ay müddətinə həbs edib.

“Report” xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi Karina Kalenovaya istinadən TASS məlumat yayıb.

Qətl hadisəsi fevralın 15-i, gecə, Moskvanın Səmərqənd bulvarında baş verib. Taksi fəaliyyəti ilə məşğul olan 52 yaşlı Qərib Orucov odlu silahdan açılan atəş nəticəsində ölüb. Cinayət işi ilə bağlı Xamiyevdən başqa, daha 4 nəfər saxlanılıb. Onlardan biri həbs olunub, digərlərinin saxlanma müddəti uzadılıb.

"Moskovski komsomolets" yazır ki, Q.Orucovun qətli "Neolit" kafesində çeçenlər və azərbaycanlılar arasında kütləvi dava ilə əlaqəli ola bilər. Orucov sonradan münaqişənin başlamasına səbəb olan çeçeni təhqir edənlərdən biri olub.

Lors Xamiyev 2009-cu ildə Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sui-qəsdə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. O və cinayət ortaqları 2007-ci ilin mayında Moskvada minalanmış avtomobili partladaraq Kadırovu öldürmək istəyiblər.

Son xəbərlər

Orphus sistemi