Moskvada azərbaycanlı sürücü sərxoş sərnişini bıçaqlayıb

Moskvada azərbaycanlı sürücü sərxoş sərnişini bıçaqlayıb Zərərçəkəni qarşılayan həyat yoldaşı onun sinəsində qan izləri görüb
Hadisə
21 Mart , 2017 22:44
Moskvada azərbaycanlı sürücü sərxoş sərnişini bıçaqlayıb

Bakı. 21 mart. REPORT.AZ/ Moskvada avtomobilinə mindirdiyi sərnişini bıçaqlayan 29 yaşlı azərbaycanlı tutulub.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi yazıb.

İnsident Turistskaya küçəsi, ev 19-da baş verib. 1984-cü il təvəllüdlü şəhərli sərxoş vəziyyətdə Zelenoqrad istiqamətinə gedən avtomobillərdən birinə minib. O, mənzil başında sürücüyə iki min rubl ödəyib, onlar dalaşıblar.

"Zərərçəkmişi qarşılayan həyat yoldaşı onun sinəsində qan izləri aşkar edib, ardınca polis və təcili yardım çağırıb. Məlum olub ki, kişi qaraciyər və ürək kisəsi nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alıb", - deyə mənbə bildirib.

Əməliyyatçılar hadisəni törədən şəxsi müəyyən ediblər və onu Zelenoqradın "Krükovo" stansiyasında saxlayıblar. Ona qarşı qəsdən sağlamlığa ağır zərər yetirmə maddəsi üzrə iş açılıb.

Son xəbərlər

Orphus sistemi