Moskvada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Moskvada azərbaycanlı kriminal avtoritet saxlanılıb Cinayət-Axtarış İdarəsi əməkdaşları Moskvadakı "Bizim məhəllə" restoranında Taleh Daqliyevi saxlayıb
Hadisə
27 Sentyabr , 2016 11:15
Moskvada azərbaycanlı kriminal avtoritet saxlanılıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyi Cinayət-Axtarış İdarəsi əməkdaşları Moskvada yerləşən "Bizim məhəllə" restoranında 32 yaşlı kriminal avtoritet, cinayət aləmində daha çox "Tolik Noqinski" kimi tanınan Taleh Daqliyevi saxlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, axtarış zamanı saxlanılan şəxsin üzərində üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə şəklində cinayət məsuliyyətinə cəlb edilmək mümkünlüyü yaradan miqdarda çəkmək üçün narkotik qarışıq aşkar edilərək götürülüb.

Qeyd edək ki, Taleh Daqliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.

Son xəbərlər

Orphus sistemi